[PLACEHOLDER: skip link]
Xocalıya Ədalət

XOCALI SOYQIRIMI

Xocalı haqqında

Bu bölmə Xocalı şəhərinin tarixi və strateji əhəmiyyətindən başlayaraq 1992-ci il 26 fevral gecəsi mülki əhaliyə qarşı törədilmiş kütləvi qırğının gedişini və nəticələrini əhatə edir. Burada faciənin insan ölçüsü xüsusi diqqət mərkəzində saxlanılır və həlak olmuş 613 nəfərin hər birinin həyat yolu bioqrafik məlumatlar əsasında təqdim olunur. Bölmə həmçinin cinayətin məqsədli və planlı xarakterini, mülki əhalinin hədəf alınmasını və bu əməllərin beynəlxalq humanitar hüquq normaları baxımından hüquqi qiymətləndirilməsini ortaya qoyur.

Digər soyqırım aktlarının ayrıca təqdim edilməsi Xocalı faciəsinin təsadüfi və ya təcrid olunmuş hadisə olmadığını, əksinə, Azərbaycan əhalisinə qarşı uzun müddət ərzində sistematik şəkildə həyata keçirilmiş zorakılıq və kütləvi qırğın siyasətinin tərkib hissəsi olduğunu göstərmək məqsədi daşıyır. Bu hadisələr eyni davranış modeli, oxşar metodlar və mülki əhalinin məqsədli şəkildə hədəf alınması ilə bir-birini tamamlayan bir ardıcıllıq təşkil edir. Bölmə sonda Xocalıya qayıdış prosesinə, bərpa və yaddaşın qorunması məsələlərinə diqqət çəkərək ədalət və tarixi həqiqətlərin yaşadılması çağırışı ilə yekunlaşır.